CEDAW-nın 77-ci sessiyası haqqında məlumat

Click here to read this page in English | Haga clic aquí para leer esta página en español

COVID-19 pandemiyası səbəbiylə potensial axsamalar barədə xəbərdarlıq

22 İyun 2020-də başlaması planlaşdırılan 76-cı CEDAW sessiyasına, habelə, 19 oktyabr 2020-ci ildə başlamalı olan 77-ci CEDAW sessiyasına ediləcək dəyişikliklərlə əlaqədar İnsan Hüquqları üzrə Ali Komissarlığın Ofisi (OHCHR) tərəfindən rəsmi bildiriş yayımlanmayıb.

Dövlət sərhədlərin bağlanması, sərt səyahət məhdudiyyətlərinin tətbiqi və ümumi qeyri-müəyyənlik kimi hadisələrin yaxın gələcəkdə davam edəcəyi ehtimal olunur və şübhəsiz ki, qadın hüquq müdafiəçilərinin CEDAW Komitəsinə daxil olmasına da mane olacaqdır. Ümid edirik ki, BMT İnsan Haqları Sistemi, CEDAW Komitəsi də daxil olmaqla, qarşıdakı aylar ərzində müvafiq sessiyaları davam etdirmək üçün texnologiya potensialından istifadə edən daha yaradıcı yollar tapmaq üçün birlikdə çalışacaqdır. Bu mövzu ilə əlaqədər əldə etdiyimiz bütün yeni məlumatları veb saytımız, e-poçtlar və sosial media kanalları vasitəsilə vaxtaşırı bölüşməyə davam edəcəyik.

CEDAW-nın 77-ci sessiyası haqqında məlumat

IWRAW Asiya Sakit Okean, CEDAW Komitəsi və OHCHR-ni qadın qruplarının/QHT-lərin CEDAW icmal verilmə prosesində iştirakını asanlaşdırmaq üçün dəstək göstərən bir QHT-dir.

Azərbaycan, Ekvador, Nikaraqua, Seneqal, Cənubi Afrika, İsveç, Uruqvay və Yəmənə CEDAW Komitəsi tərəfindən 19 oktyabr – 6 Noyabr 2020-ci il tarixlərində CEDAW-nın 77-cı sessiyasında icmal verilməsinin keçirilməsi planlaşdırılır. Zəhmət olmasa, OHCHR-ın rəsmi veb səhifəsindəki “CEDAW-nın 77-ci sessiyası” səhifəsinə nəzər salın.

QHT-lərin 77-ci sessiyada iştirakına dair qeyd mümkün olduqda təqdim ediləcəkdir. Bu müddət ərzində 75-ci sessiyanın İngilis, Fransız və İspan dillərindəki nümunələrinə nəzər sala bilərsiniz.

QHT-lər icmal sessiyasına, dolayı yolla, ölkə səviyyəsində gender bərabərliyi siyasətinə təsir göstərmək üçün bir sıra imkanlara malikdirlər.

CEDAW Komitəsinə Kölgə hesabatı/alternativ məlumatlar təqdim edin

  • Kölgə hesabatını təqdim etmək üçün son tarixin 28 sentyabr 2020-ci il tarixində, elektron sənəd formasında OHCHR-yə cedaw@ohchr.org ünvanına, bir nüsxəsi də IWRAW Asia Pacific təşkilatına göndərilməlidir. (BMT-nin yaşıl siyasətini nəzərə alaraq, hesabatların kağız nüsxələrindən qaçınmaq lazımdır.) Veb saytımızda, xüsusi tematik sahələrə yönəlmiş hesabatlar daxil olmaqla, kölgə hesabatları yazmaq üçün təlimatlar mövcuddur.
    Əgər sessiya öncəsi hesabat təqdim etmisinizsə, yenilənmiş kölgə hesabatı məlumatlarını təqdim etmək və CEDAW Komitəsinin dövlətinizin cavab verməli olduğu məsələlər və suallar siyahısına cavab vermək üçün alternativ məlumat vermək imkanı var. Bu məlumatı da CEDAW Katibliyinə 28 Sentyabr 2020-ci il tarixinə qədər göndərməlisiniz. CEDAW-a yenilənmiş hesabatınız Komitənin nəzərdən keçirmək üçün prioritet götürdüyü və dövlət hesabatında boşluqları axtardığı “Məsələlər və suallar siyahısı”nda qaldırılan məsələlərə cavab olması vacibdir. Zəhmət olmasa, öz ölkənizin məsələlər və suallar siyahısı üçün CEDAW 77-ci Sessiya səhifəsinə baxın.

Zəhmət olmasa, qrupunuzun CEDAW-a 2020-ci ilin oktyabrında baxılmaq üçün təqdim edilməsi üçün kölgə hesabatı hazırlayırsınızsa, bizə məlumat verin. İcmalda iştirak etməsəniz də, məsələlərinizi işıqlandırmağı və bu mövzuları əsas məsələləri kimi önə çıxaran və tövsiyələrinizi CEDAW-a çatdıracaq digər qruplara çatımlılığı dəstəkləyə bilərik.

İcmalda birbaşa CEDAW Komitəsi ilə əlaqə qurmaq

QHT-lərin CEDAW Komitəsi ilə 2020-ci ilin oktyabr ayında Cenevrədə icmal zamanı bilavasitə əlaqə qurma imkanları var:

  • QHT-lər Komitənin rəsmi cədvəlinin bir hissəsi olan QHT-lərin Qeyri-rəsmi görüşü zamanı şifahi təqdimatlar edə bilərlər. Bu, Bazar ertəsi 19 və 26 Oktyabr günləri, günortadan sonra baş tutacaq. QHT-lərə şifahi açıqlamaları üçün cəmi 10 dəqiqə vaxt ayrılır, buna görə əməkdaşlıq və vaxtın düzgün qiymətləndirmək vacibdir – üst-üstə düşmələr azaldılmalı və əsas məsələlərə fokuslanılmalıdır. IWRAW Asia Pacific və OHCHR, şifahi təqdimat verməyi planlaşdıranların, bütün QHT-lərin, bir gün əvvəldən, bazar günü keçiriləcək məhdud vaxt və məkan paylaşmasını planlaşdırması üçün nəzərdə tutulan QHT Koordinasiya Yığıncağında iştirak etmək üçün səy göstərmələrini təklif edir.
  • QHT qrupları ölkələrini icmalı verilməzdən bir gün əvvəl Komitə ilə problemlərini müzakirə etmək üçün bir saatlıq nahar brifinqi də keçirə bilərlər. Bu məkan yalnız QHT-lər üçündür və dövlət nümayəndələri və ya dövlət hesabatının yazılmasında iştirak edənlər üçün bağlanıb.

Hər bir ölkənin icmal vermə tarixləri OHCHR tərəfindən vaxtında dərc ediləcək və bu səhifəyə əlavə olunacaqdır. Tarixləri qeyd etməlisiniz: ölkənizin QHT koordinasiya yığıncağı; QHT-lərin qeyri-rəsmi görüşündə ölkənizin iştirakı; ölkənizin QHT-lərinin qapalı nahar brifinqi; və ölkənizin icmalı.

Zəhmət olmasa, Cenevrə CEDAW-nın 2020-ci ilin oktyabr ayında Cenevrədə keçiriləcək iclasında iştirak etməyi düşünürsünüzsə, həmçinin, QHT-lərlə qeyri-rəsmi görüşdə və/və ya QHT-lə nahar brifinqində iştirak etmək istəyirsinizsə, bizə bildirin.

İcmal üçün gəlməyi planlaşdırırsınızsa, Şengen vizalarını erkəndən almağınızı tövsiyə edərdik. Bu məsələdə çətinliklə qarşılaşsanız, zəhmət olmasa, bizə xəbər verin.

Qlobaldan yerliyə – IWRAW Asia Pacific-in Cenevrədəki təlim və tərbiyə proqramına qatılın

Bu proqram CEDAW hesabat prosesində iştirak etmək istəyən qadın qruplarına və QHT-lərə yardım məqsədi daşıyır. Bu təlim proqramının məqsədi qrupların Komitə ilə necə əlaqəli olması barədə məlumat vermək, Komitənin orqanları və vəzifələri haqqında məlumat mübadiləsi və QHT-lərin şifahi bəyanatlarına və nahar brifinqlərinə hazırlaşmalarına dəstək verməkdir. Bu həm də qadın qrupları üçün ortaq məqsədlərimiz və qadınların insan hüquqlarının prioritetləri üçün bilikləri bölüşmək və həmrəyliklərini göstərmək üçün bir yerdir. Təlim və mentorluq sizə yenilənmiş məlumat, CEDAW nəzərdən keçirmə prosesi ilə əlaqəli göstərişlər və tövsiyələr verir.

Zəhmət olmasa, qeyd edin:

  • Yalnız QHT-lər Qlobaldan Yerliyə-də iştirak edə bilər. IWRAW Asia Pacific, CEDAW iclasında iştirak edən hökumət nümayəndə heyətinin üzvlərinin və ya CEDAW Komitəsinə hökumət hesabatını yazmağa kömək edən şəxslərin kölgə / alternativ hesabat yazmaqda iştirak etməməsi və CEDAW iclasında Qlobaldan Yerliyə Təlimində iştirak etmək hüququ verilməməsi mövqeyini tutur.
  • “Qlobaldan Yerliyə” iştirakçılarından riayət etmələri və digər iştirakçılara hörmətlə yanaşmaları tələb olunur.

İcmalda iştirak etmək üçün büdcəniz varsa, proqrama qoşula bilərsiniz. Uyğun olan bəzi QHT-lər üçün qismən maliyyələşdirməyimiz ola bilər və icmalda iştirakınız üçün vəsait toplamaq üçün sizinlə də işləyə bilərik. Zəhmət olmasa, məlumat üçün bizə yazın. Dəstəkçilərə yazmaq planlarınız varsa, dəstək məktubları təqdim edə bilərik.

Hər kəs bilsin!

Zəhmət olmasa, bu məlumatı tanıdığınız qadın qruplarına ötürün. CEDAW-a hesabat verməsi üzərində işləyən QHT, yaxud koalasiya ilə birgə işləyirsinizsə, zəhmət olmasa, iwraw-ap@iwraw-ap.org, surəti ilə audrey@iwraw-ap.org ünvanına müraciət edin.